Suçiçəyi keçirmiş insanlarda beyin şişlərinin riski azalır

3 Aprel 2016 14:00 (UTC+04:00)

Baylor Tibb Koleci (ABŞ) alimləri araşdırmalar nəticəsində belə qərara gəldilər ki, suçəyi keçirmiş insanlarda bu infeksiyanı keçirməmiş insanlarla müqayisədə beyin şişləri daha az hallarda inkişaf edir.

Movqe.az saglamolun.az-a istinadən bildirir ki, araşdırmanın müəllifləri 8000 yaxın insanların sağlamlıq haqqında məlumatlarını analiz ediblər.


MedicalXpress xəbər verir ki, alimlərin fikirinə görə, suçiçəyi ilə beyin şişlərinin əlaqəsi təsadüfi deyil. Lakin bu əlaqənin mexanizmi hələ ki məlum deyil.


Hal hazırda dünyada suçiçəyinə qarşı peyvənd tətbiq olunur. Alimlər insanları bu peyvəndin köməyi ilə beyin xərçəngindən nə dərəcədə qoruya biləcəyini araşdırmaq niyətindədir.