Xalq şairinin ikinci ayağı da kəsiləcək

3 Aprel 2016 15:30 (UTC+04:00)

Azərbaycanın xalq şairi Söhrab Tahir ikinci dəfə əməliyyat olunacaq. Şairin ikinci ayağı da amputasiya ediləcək.


Movqe.az bildirir ki, bu barədə report-a AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.


Onun sözlərinə görə, hazırda vəziyyəti stabil olan Söhrab Tahirin ayaqlarında çürümə ("qanqrena") gedir: "Bu səbəbdən, həkimlər şairin sol ayağının da amputasiya ediləcəyini bildirib".


Əməliyyatın yaxın günlərdə keçiriləcəyi nəzərdə tutulub.


Qeyd edək ki, martın 30-da Söhrab Tahirin sağ ayağı amputasiya edilib.

Xatırladaq ki, Söhrab Tahir 1926-cı ilin martında (rəsmi sənədlərdə avqustun 6-sı yazılıb) Cənubi