Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb

3 Aprel 2016 13:20 (UTC+04:00)

Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb.Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən verilmiş məlumata əsasən, 2 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.Bununla əlaqədar meyitin şəxsiyyətinin müəyyən olunması və ölkəyə gətirilməsi üçün aidiyyəti qurumlar məlumatlandırılmışdır.