BMT-in baş katibi təmas xəttində olan gərginliyə münasibət bildirib

3 Aprel 2016 17:40 (UTC+04:00)

BMT-in baş katibi Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsinin tərəflərini hərbi əməliyyatlara dərhal son qoymağa, atəşkəsə rejiminə əməl etməyə və gərginliyin aradan qalxması üçün təcili tədbirlər görməyə çağırıb.


Movqe.az-ın trend-ə isitinadən  məlumatında görə, bu barədə BMT-nin saytında yerləşdirilən bəyanatda deyilir.


Pan Qi Mun bununla əlaqədar BMT Minsk Qrupunu və münaqişənin nizamlanması üzərində çalışan bütün tərəfləri tam dəstəklədiyini təsdiqləyib.


Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.


Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.


Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.