"Barcelona"nın "El
Clasico"dakı məğlubiyyəti gözlənilməz olsa da, qanunauyğun idi.
Katalonların müdafiəçisi Jerar Pike bu fikirdədir. Movqe.az xəbər
verir ki, görüşdə komandasının yeganə qolunu vuran futbolçu
"Real"ın qələbəsini ədalətli hesab edir."Hesab 1:2 olanda
bərabərlik üçün imkanlarımız oldu. Bun baxmayaraq "Real"ın qələbəsi
ədalətlidir. Say üstünlüyündən lazımınca istifadə edə bilmədik.
Qarşıda "Atletico" ilə ÇL-da oyun var. "Barcelona" sakitliyini
qoruyur. Əlbəttə, qalib gəlmək istəyirdik. Amma həmişə qələbə
qazanmaq da olmaz".(goal.az)