Ermənistanın atəşkəsi pozması nəticəsində ermənilərin atdığı top mərmilərindən 3-ü İran ərazisinə düşüb

3 Aprel 2016 20:00 (UTC+04:00)

Ermənistan tərəfinin atəşkəsi intensiv pozması nəticəsində ermənilərin atdığı top mərmilərindən 3-ü İran ərazisinə düşüb.


Movq.az İranın "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan əyalətinin qubernatoru Seyid Şeberstari-Xiyabani deyib.


Onun sözlərinə görə, mərmilər Xudafərin şəhəri ərazisində partlayıb.


Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.


Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.