Suriya ordusu əl-Karyateyni azad etdi

4 Aprel 2016 08:00 (UTC+04:00)

Suriya ordusu könüllü qruplaşmaların yardımı ilə Homs əyalətini cənubunda yerləşən əl-Karyateyn şəhərini İŞİD terror qruplaşmasının nəzarətindən tam azad edib.

Movqe.az "Report"a istinadən xəbər verir ki, şəhərdə döyüşlər dayandırılıb. Suriya ordusunun bölmələri şəhər ətrafında "təmizlik" işləri aparır, istehkamçılar küçələri və evləri minalardan təmizləyir. Amma şəhərin bəzi yerlərində hələ də tək-tək odlu silah atəşləri eşidilir.