Tramp bu dəfə NATO-nu "vurdu"

4 Aprel 2016 09:15 (UTC+04:00)

Republikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampin hədəfinə bu dəfə NATO tuş gəlib.


Movqe.az milli.az-a istinadən bildirir ki, Tramp NATO-ya üzv digər dövlətlərin onlar qədər iş görmədiyibi bildirib. Deyib ki, lazım gəlsə, üzvlükdən çıxa bilərlər: "Biz onları qoruyuruq. Onlar hərbi təhlükəsizlik və başqa bir çox şeylərdən fayldalanıb ABŞ-ı hərifləyirlər.  Onlar ya etməli olub etmədiklərinin qarşılığını ödəsinlər, ya da çıxıb getsinlər. Əgər bu NATO-nun parçalanması deməkdirsə, parçalansın".


Demokrat Partiyasından prezidentliyə namizdələrdən olan Hillary Clinton Trampı ittiham edib. Deyib ki, "Tramp bu cür çıxışları ilə bizim beynəlxalq aləmdəki vəziyyətimizi pisləşdirir".


Donald Trump bildirir ki, NATO Sovet İttifaqına qarşı qurulmuşdu və terror təhlükəsi qarşısındakı fəaliyyətinin heç bir mənası yoxdur.


Bu arada ABŞ prezidenti Barack Obamadan Tramp haqqında fikirlərini soruşanda prezident deyib ki, Trampın xarici siyasət haqqında məlumatı yoxdur.