Sabiq parlament spikeri: Türkiyə Azərbaycanı dəstəkləyir

4 Aprel 2016 10:25 (UTC+04:00)

Türkiyə Azərbaycanı dəstəkləyir. Movqe.az Türkiyənin "Konya" qəzetinə istinadən məlumat verir ki, bunu Türkiyə Parlamentinin sabiq spikeri Mehmet Əli Şahin deyib.Onun sözlərinə görə, Türkiyə həmçinin Ermənistanı işğalçı ordusunu Azərbaycanın zəbt olunmuş ərazilərindən çəkməyə çağırıb: "Bütün dünya bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib".Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.