Xırdalanda ev yandı

4 Aprel 2016 10:50 (UTC+04:00)

Xırdalanda yanğın hadisəsi qeydə alınıb.Movqe.az FHN-in saytıa istinadən bildirir ki, Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 6 kv.m sahədə yanıb.Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.