Pakistan ordusundan Azərbaycana dəstək - FOTO

4 Aprel 2016 10:55 (UTC+04:00)

Cəbhə bölgəsində vəziyyət gərginləşdiyi gündən Azərbaycanı dəstəkləyən və ordusu ilə kömək edə biləcəyini bəyan edən Pakistan ölkəmizə mənəvi dəstək göstərib.Movqe.az qafqazinfo-ya istinadən bildirir ki, ölkənin Müdafiə Nazirliyinin Feysbuk səhifəsində Azərbaycan bayrağının rəsmi paylaşılıb və həmin foto səhifənin örtük şəkili kimi yerləşdirilib. Paylaşılan foto belə təqdim olunub: "Pakistan xalqı Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləyir, Dağlıq Qarabağ regionu Azərbaycana məxsusdur".Bundan sonra minlərlə azərbaycanlı Feysbuk istifadəçisi səhifəyə, Pakistan Müdafiə Nazirliyinə təşəkkür yazıb.