Mərkəzi Bankda struktur dəyişikliyi aparılır

4 Aprel 2016 11:15 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankında (AMB) struktur dəyişikliyi aparılır. Movqe.az xəəbər verir ki, bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq AMB-dən bildirilib.Məlumatda qeyd edilib ki, bank nəzarəti və Mərkəzləşdirilmiş Kredit Reyestri ilə bağlı funksiyaların yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına keçməsi ilə əlaqədar müvafiq struktur dəyişikliyinin həyata keçirilməsi prosesi gedir.Proses tamamlandıqdan sonra struktur dəyişikliklərlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.