Mətbuat Şurası: Rusiya mətbuatında erməni mənbələrinə istinad üstünlük təşkil edir

4 Aprel 2016 12:00 (UTC+04:00)

 "Son iki gündə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənləri dünyanın aparıcı kütləvi informasiya vasitələri kifayət qədər dolğun işıqlandırdılar. Onların yayımladıqları materiallarda Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunduğu qeyd edilirdi. Türkiyə mətbuatı da cəbhədəki son hadisələrə kifayət qədər ciddi və obyektiv yanaşdı".Movqe.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.Ə. Amaşov bildirib ki, Rusiya mətbuatında, bu ölkənin bəzi xəbər portallarında və televiziyalarında cəbhə xəttində baş verən hadisələrlə bağlı yayımlanan materiallarda isə daha çox erməni tərəfinin mövqeyi dəstəklənir: "Rusiyanın nüfuzlu media qurumları baş verən hadisələri obyektiv işıqlandırsalar da, çox təəssüf ki, məsələyə qeyri-obyektiv yanaşan media qurumları da var. Rusiya mətbuatı daha çox özünü bitərəf kimi göstərməyə çalışır. Lakin dərindən təhlil etdikdə görürsən ki, onların yaydıqları informasiya öz işini görür. Tərəflərə münasibətdə maraqlı məqamlar üzə çıxır. Məsələn, "İnterfaks", "lenta.ru", "vzglyad.ru" və başqaları daha çox erməni tərəfinin mövqeyinə, oradan olan materiallara üstünlük verir. Çox təəssüf ki, bəzi məqamlarda bunu xristian və müsəlmanlar arasında ədavət kimi təqdim etməyə cəhdlər olunur. Əsasən də "regnum.ru" məsələyə bu cür yanaşır, son olayların arxasında Türkiyənin dayanmasına işarə olunur".Şura sədrinin sözlərinə görə, Rusiya mətbuatında erməni mənbələrinə istinad daha çox üstünlük təşkil edir: "Rusiya mətbuatında ermənilərin rəsmi şəxslərindən alınan fikirlərə də yer verilir. Adətən mediada fikir verilir, sonra təkzib olunur, təkziblə isə çox adam maraqlanmır. Artıq yazılan yazı öz işini görür. Təkzibin o qədər əhəmiyyəti olmur. Diqqəti cəlb edən digər məqam ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi, işğal olunmuş ərazi kimi verilmir. Dağlıq Qarabağ və Azərbaycan iki tərəf kimi təqdim edilir. Sanki Azərbaycan öz ərazi bütövlüyü bərpa etmir və hansısa müstəqil dövlətin torpağını zəbt etmək istəyir. Biz bu sadalanan halla