Mikayıl Cabbarov ermənilərin yaraladığı məktəbliyə baş çəkdi - FOTO

4 Aprel 2016 12:40 (UTC+04:00)

Təhsil naziri Mikayıl Cabbaraov ermənilər tərəfindən açılmış atəş nəticəsində yaralanan məktəbliyə baş çəkib. Movqe.az-ın  məlumatına görə, nazir Bərdə Müalicə-Diaqnostika Mərkəzində Tərtər rayonu, Seydimli kənd sakini, 2003-cü il təvəllüdlü Vəlizadə Sənan Samid oğlunun səhhəti ilə maraqlanıb. Nazir məktəbliyə çoxlu kitab, dərslik göndərəcəyinə söz verib. Qeyd edək ki, S.Vəlizadə güllə yarası alıb.