Sabah çətirlərinizi götürməyi unutmayın

4 Aprel 2016 12:45 (UTC+04:00)

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmurlu olacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək.Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq.Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında aprelin 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.