Arıqlamaq istəyənlərin nəzərinə: - Paxlalı bitkilərdən istifadə edin

4 Aprel 2016 19:30 (UTC+04:00)

Amerikalı dietoloqların fikrincə, qida rasionunda paxlalı bitkilərin mütəmadi istifadəsi artıq çəkinin davamlı azalmasına və nəticənin sabit saxlanmasına gətirir.


Movqe.az  xəbər verir ki, alimlər tərəfindən məsləhət edilən paxlalı bitkilərin porsiyası fincanın üçdə birini təşkil edir. Bu miqdar 6 həftə ərzində 340 qram artıq çəkidən azad olmağa kifayətdir. Paxla bitkilərinin gündəlik istifadəsinin dayandırılması isə çəkinin artmasına səbəb olmur.


Təhqiqatlarda alimlər 21 kliniki sınaqların metaanalizini keçiriblər. Ümumilikdə isə təhqiqatlarda 940 kişi və qadın iştirak edib. Hər bir iştirakçı gündəlik qida rasionuna paxlalı bitkiləri əlavə edib və orta hesabla 6 həftədən sonra 340 qram çəki itirib. Alimlərin fikrincə, paxla bitkiləri qandakı xolesterin miqdarını da azaldır./atv.az/