Günəş vannası ömrü uzadır, siqaret isə...

4 Aprel 2016 20:00 (UTC+04:00)

Bir neçə ildir ki, günəş vannası qəbul etməyin dəri xərçənginə səbəb olduğu mövzusu geniş müzakirə edilir.


Karolinska Universitetinin əməkdaşı olan isveçli alimlərin apardıqları araşdırmalar isə günəş vannasından vazkeçməməli olduğumuzu göstərib.


Araşdırma günəş vannası qəbul etməyin insan ömrünü uzatdığını üzə çıxarıb. 20 il müddətində 29 min 518 qadının iştirakı ilə aparılan araşdırmanın nəticələri alimləri də təəccübləndirib.


Məlum olub ki, günəş vannası qəbul edənlər etməyənlərlə müqayisədə 2 il çox yaşayır. Bu da o deməkdir ki, günəş vannası qəbul etməmək insan ömrünə siqaret çəkmək qədər pis təsir edir.


Mütəxəssislər günəş vannasının ürək xəstəlikləri və xərçəng riskini artırmasını istisna etmirlər.(publika)