Məşhurların müharibə haqqında fikirləri

4 Aprel 2016 21:00 (UTC+04:00)

İnsanlıq tarixi minlərlə dəhşətli müharibə ilə doludur. Elə ona görə də müharibə mövzusu incəsənətdən, fəlsəfəyə, elmdən dinə kimi hər şeyə nüfuz edib.


Movqe.az publika.az-a istinadən tanınmış şəxsiyyətlərin müharibə haqqında fikirlərini təqdim edir:

 

*Milyonlarla silahlı insanla sülh bağlaya bilməzsiniz. Sülh maşını topla dolu yolda irəliləyə bilməz  (Devid Lloyd Corc)

 

*Kimsə sülhü başlatmalıdır, eynilə, müharibəni başlatdığı kimi. (Stefan Sveyq)

 

*Sülh üçün müharibə etmək, bəkarət üçün sevişməyə bənzəyir. (Anonim)

 

*Yaxşı müharibə, pis sülh yoxdur. (Benjamin Franklin)

 

*Müharibəni zənginlər başladır, yoxsullar ölür. (Jan Pol Sartr)

 

*Müharibə macəra deyil. Müharibə xəstəlikdir, tifodur. (Antuan De Sent Ekzüperi)

 

*Millətin həyatı üçün təhlükə yaranmadığı müddətcə müharibə cinayətdir. (Mustafa Kamal Atatürk)

 

*Müharibə qorxu və səfalətdən başqa heç nə vermir. Müharibə yandırar, yıxar, öldürər, yox edər. (Nazım Hikmət)