Baş Qərargah rəisi: Gürcüstan Dağlıq Qarabağ münaqişəsində mediator rolunu oynamalıdır

4 Aprel 2016 14:10 (UTC+04:00)

Əgər mümkündürsə, Gürcüstan Dağlıq Qarabağ münaqişəsində mediator rolunu oynamalıdır. Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vaxtanq Kapanadze deyib.Onun sözlərinə görə, bir sıra səbəblərə görə bu münaqişəni sülh yolu ilə həll etmək mümkün olmadı: "Bu, bütün region üçün ağrılı prosesdir".V.Kapanadze qeyd edib ki, münaqişə tərəfləri hər hansı xahiş ilə Gürcüstana müraciət etməyiblər: "Hər iki tərəf vəziyyətlə bağlı Tbilisini maksimum məlumatlandırmağa çalışır".