"Qarabağ döyüşlərində səngərdə olan Azərbaycan qızıyam!" - Aygün

4 Aprel 2016 16:00 (UTC+04:00)

Azərbaycanın xalq artisti Aygün Kazımova cəbhədə yaşananlara münasibət bildirib."Allahım, sən bizim əsgərlərimizi, məmləkətimizi qoru. Son bir neçə gün ərzində Azərbaycanın igid oğulları şəhid oldu. Allah onlara rəhmət eləsin. Ailələrinə və Azərbaycanıma başsağlığı verirəm. Buna baxmayaraq, ərənlərimiz igidlik nümayiş etdirib. Bir neçə kəndi geri qaytarıb. Vətən anadır. Vətən mənim özümdür! Onsuz heç kiməm! Onsuz heç nəyəm! Cənab prezident, sizinləyik! Ali Baş Komandanın əmrini gözləyirəm! Mən Qarabağ döyüşlərində səngərdə olan Azərbaycan qızıyam! Səngərə yollanan ilk azərbaycanlı müğənniyəm. Avtomat çiynimdə olan Azərbaycan qızıyam! Yenidən səngərə dönməyə hər an hazıram!"