Gənc Tamaşaçılar Teatrının əməkdaşı vəfat edib

4 Aprel 2016 15:30 (UTC+04:00)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı butaforçu rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi Triandafelidze Konstantin Xristoforoviç uzun sürən xəstəlikdən sonra vəfat edib.


Bu barədə Movqe.az-a teatrdan məlumat verilib.


K.Triandafelidze 1927-ci ildə Bakıda doğulub. O, 1951-1974-cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında butafor sexinin rəisi vəzifəsində çalışıb.


1991-ci ildə yaradıcılıq uğurlarına və səmərəli fəaliyyətninə görə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.


1974-cü ildən vəfat edənə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında butaforçu rəssam vəzifəsində çalışaraq həmin sexə rəhbərlik edib.


Allah rəhmət eləsin!