Cəbhə bölgəsindəki məktəblərdən-Fotolar-Özəl

4 Aprel 2016 15:38 (UTC+04:00)

Movqe.az saytı cəbhə bölgəsində təhsil müəssisələrində dərsə dəvamiyyəti araşdırıb. Cəbhə bölgəsinə yaxın olan Ağdam rayonunun Üçoğlan kənd tam orta məktəbinin direktoru Vaqif Quliyev Movqe.az-ın əməkdaşına bildirib ki, məktəbdə dərsə dəvamiyyət 70 faizdir: "Ordumuz erməni təxribatının qarşısını layiqincə almaqda davam edir. Cəbhədə yaranmış vəziyyət kəndimizdə sakinlər arasında təlaşa səbəb olmayıb. Məktəbdə dərslər keçirilir. İndi də məktəbdə, bütün müəllimlər iş başındadır. Bizim məktəbdə 370 şagird təhsil alır. Bu gün dərsə dəvamiyyət 70 faizdir. Dərsə gəlməyən 30 faizin içərisində səhhəti ilə bağlı yaranmış problem üzündən dərsdən qalanlar da var. Kəndimizdə demək olar ki, həyat əvvəlki qaydada, öz axarı ilə davam edir. Kənd sakinləri, uşaqdan-böyüyə hər kəs ordumuzun gücünə inanır, düşmənin növbəti təxribatına layiqli cavab verəcəyinə əmindir. Ona görə də, sakinlər arasında təlaşa düşüb övladını məktəbə qoymayanlar demək olar ki, yoxdur".

Movqe.az saytı cəbhəyanı kəndlərdə dərslərin davam etdiyini təsdiqləyən fotoları təqdim edir.