Ermənilər məscidi bombaladı, ölən var

4 Aprel 2016 18:23 (UTC+04:00)

Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Ağdam rayonunda bir mülki vətəndaş həlak olub. Movqe.az xəbər verir ki, bu barədə AzVision.az-a kəndin bələdiyyə sədri Qasımova Elsanə Fazil qızı məlumat verib. Onun sözlərinə görə, hadisə rayonun Əhmədağalı kəndinin ərazisində qeydə alınıb:"Ermənilər kənddə yerləşən məscidi topdan atəşə tutdular. Bu zaman məscidin yaxınlığında olan kənd sakini Dadaşov Qaraş həlak oldu. Onun 65 yaşı olar. Atəş nəticəsində məsciddə də ciddi ziyan dəyib".