Bakıda ticarət mərkəzinə bomba qoyulması barədə məlumat daxil olub

4 Aprel 2016 21:56 (UTC+04:00)

Azərbaycan paytaxtında "28 mall" ticarət mərkəzinə bomba qoyulması barədə məlumat daxil olub.

 

Movqe.az-ın apa-ya istinadən məlumatına görə, FHN-in müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib. Xilasedicilər ticarət mərkəzinin və onun ətrafında olan insanların təhlükəsizliyini təmin edir.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ticarət mərkəzində axtarış aparır.