Cəbhədə döyüşən əsgələrimizdən yeni-VİDEO

4 Aprel 2016 23:07 (UTC+04:00)

Bu gün ANS-in xüsusi çəkiliş qrupu döyüşlər gedən cəbhə xəttində olub. Çətin şəraitdə çəkilişlər aparan Mirşahin Ağayev və Vahid Mustafayev kəndlərdəki vəziyyət haqqında son məlumatları barədə xəbər verib. Belə ki, ermənilər dinc insanların yaşadığı kəndləri qəsəbələri bombalamaqda davam edirlər. Movqe.az ans press-ə istinadən xəbər verir ki, daha sonra çəkiliş qrupu yüksəkliklər uğrundakı döyüşdə uğur qazanandan sonra sağ-salamat geri qayıdan hərbçilərlə görüşüb. Görüntülərdə də əsgərlərin əhval ruhiyyəsinin yüksək olduğunu açıq aydın görmək mümkündür.

Əsgərlər ermənilərə layiqli cavab verdikləri üçün özlərini çox xoşbəxt hiss etdiklərini bildirərək doğmalarına salamlarını da göndəriblər.