"Facebook" indi də onu istəyir
3 Dekabr 2012 15:16 (UTC+04:00)
Movqe.az xəbər verir ki, sosial şəbəkə
portalı "Facebook" bu dəfə də "Whatsapp"la maraqlanır. Şirkətə
yaxın mənbələr "Facebook"un "Whatsapp"ı öz nəzdində görmək
istədiyini bildirib.1 milyarddan çox istifadəçisi olan "Facebook"
əvvəl 1 milyard dollara "Instagram"ı alaraq mobil platformalarda
gücünü artırmışdı. Lakin gündəlik 100 milyon aktiv istifadəçisi
olan və demək olar ki, hər telefonda işləyən "Whatsapp" Facebook
üçün daha əhəmiyyətli addım ola bilər. Xüsusilə mobil
platformalarda fəaliyyətini artırmaq istəyən "Facebook" və
"Whatsapp" isə iddialara hələ ki, cavab verməyib.