Milli Məclisin iclasında cəbhədəki son durum müzakirə olunub

5 Aprel 2016 12:48 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən iclasında cəbhədəki son durum müzakirə olunub. Movqe.az-ın məlumatına görə, deputat Qüdrət Həsənquliyev  Ermənistanda vahimə yarandığını diqqətə çatdırıb, bu vəziyyətdən istifadə etməyin vacibliyini vurğulayıb: "Ermənistan xalqına və dünya ictimaiyyətinə müraciət edək ki, gənclərin ölümünü istəmirik. Ermənilər başqa dövlətlərin əlində  alətə çevrilmiş Sərkisyan rejimindən xilas olmalıdırlar". Q. Həsənquliyev əmək haqqının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna keçirəcəyini bildirib və həmkarlarını da bu təşəbbüsə qoşulmağa çağırıb.  O. Əsədov cavabında bildirib ki, Ali Baş Komandan "erməni ölmək istəmirsə, bizim torpaqlardan çıxsın" deyib: "Bu səbəbdən, əlavə müraciətə ehtiyac yoxdur".