XİN: “LifeNews”un jurnalistləri cəbhədə baş verənləri təhrif edib, qeyri-obyektiv informasiya veriblər

5 Aprel 2016 13:10 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın "LifeNews" kanalının jurnalistlərinin ölkədən çıxarılması məsələsinə münasibət bildirib.Movqe.az xəbər verir ki, Nazirliyin mətbuat katibi Hikmət Hacıyevin apa-ya verdiyi məlumata görə, onlar həqiqətən Azərbaycandan çıxarılırlar.O qeyd edib ki, "LifeNews" Azərbaycan ərazisində akkreditasiya olunmadan işləyib: "Onlar cəbhə xəttində baş verən hadisələrlə bağlı verdikləri materiallarda hadisələri təhrif edib, qeyri-obyektiv informasiya təqdim ediblər. Azərbaycan tərəfi onlara xoş niyyətlərini ifadə etsə də, jurnalsitlər öz təxribatçı fəaliyyətlərini davam etdiriblər".Hikmət Hacıyevin sözlərinə görə, bunar nəzərə alınaraq, onların ölkədə olması məqsədəuyğun sayılmayıb.