Aprel ayının 5-də Səbail Rayon İcra Hakimiyyətində rayonun
dövlət qurumlarının nümayəndələrinin, Milli Məclisin üzvləri,
hüquq-mühafəzə orqanlarının, idarə, müəssisə və təşkilatların
nümayəndələrinin, din xadimlərinin, ziyalılar, mədəniyyət və elm
xadimləri, müharibə veteranları, gənclərin və ictimaiyyətin digər
təmsilçilərinin, Qeyri-hökumət təşkilatlarının rəhbərlərinin
iştirakı ilə Ermənistanın ölkəmizə qarşı növbəti uğursuz silahlı
təxribatı nəticəsində təmas xəttində baş verən hadisələrlə əlaqədar
aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında
Təhlükəsizlik Şurasının iclasında Prezident, Ali Baş Komandan İlham
Əliyevin çıxışına dəstək olaraq əzəmətli tədbir keçirilib.Tədbir
iştirakçıları son günlərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində
baş vermiş hadisələri müzakirə edərək, dövlət başçısı, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı siyasəti
yekdilliklə dəstəklədiklərini bəyan etmişlər.Əvvəlcə Vətən uğrunda
canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.Toplantını açıq elan edən Səbail Rayon
İcra Hakimiyyətinin başçısı Eldar Əzizov aprelin əvvəlində erməni
işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə
edilən təxribatçı hücumun qarşısının Azərbaycan Ordusu tərəfindən
qətiyyətlə alındığını, həyata keçirilən operativ cavab tədbirləri
nəticəsində qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi
texnikasının rəşadətlə məhv edilərək düşmənin geri çəkildiyini və
nəticə etibarı ilə işğal altında olan bir sıra mövqelərin düşməndən
azad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə
sahib olduğunu qeyd etmişdir. Dövlətimizin başçısı Azərbaycan
Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının
iclasındakı çıxışı zamanı ordumuzun erməni silahlı birləşmələrinin
təxribatına cavab tədbirləri nəticəsində qəhrəmanlıq göstərərək
əlverişli üstün mövqelərin əldə edilməsini böyük hərbi qələbə
adlandıraraq, xalqımızı bu qələbə münasibətilə təbrik emişdir.Eldar
Əzizov bildirmişdir ki, Prezident İlham Əliyev ölkənin ərazi
bütövlüyünün bərpa olunması istiqamətində qəti və prinsipial mövqe
nümayiş etdirir. Onun yürütdüyü bu siyasət
yeganə düzgün, alternativsiz və müvəffəqiyyət qazandıracaq
siyasətdir və səbaillilər bu siyasəti yekdilliklə
dəstəkləyirlər.Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının
sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Qarabağ
müharibəsi veteranı İlham Əliyev, İçəri şəhər "Cümə məscidi" dini
icmasının sədri, axund Hacı Surxay Məmmədli, gənclər adından Faiq
Qurbanov və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi
Yusif Məmmədzadə, 51 saylı məktəbin direktoru Lətafət Səmədova və
başqaları bidiriblər ki, bu gün insanlar arasında əhval ruhiyyə
yüksək səviyyədədir. Azərbaycanın haqlı mövqeyi dünya birliyi
səviyyəsində dəstəklənir və bu ölkə rəhbərinin yürütdüyü uğurlu
xarici siyasətin bariz nümunəsidir. Çıxışçılar dövlətimizin
başçısının ətrafında yumruq kimi sıx birləşərək Azərbaycan xalqının
işğal altındakı bütün torpaqlarını düşməndən tezliklə azad
edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin
öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi
bütövlüyünün bərpa olunacağına əminlik ifadə etmiş, lazım olarsa
Ali Baş Komandanın çağırışı ilə düşmənlə döyüşə atılacaqlarını
bildirmişlər.Sonda toplantı iştirakçıları adından Azərbaycan
Respublikaının Prezidentinə müraciət qəbul olunmuşdur.