Kosmosa müşahidə peyki göndərilib

3 Dekabr 2012 16:19 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Avropa kosmos konsorsiumu "Arianespace" Fransa mərkəzindən kosmosa müşahidə peyki göndərib. "Arianespace"dən edilən şərhdə, rus istehsalı raketlə kosmosa göndərilən "Pleiades 1B" peykinin 55 dəqiqəlik səfərindən sonra orbitə yerləşdirildiyi bildirilib. Peykdən təmin ediləcək dünyaya aid optik şəkillərin, Fransa və digər Avropa ölkələrinin müdafiə nazirlikləri tərəfindən istifadə edilməsinin planlanlaşdırıldığı deyilib. "Arianespace"in Fransız kosmos agentliyi CNES daxil olmaqla 10 Avropa ölkəsindən 21 səhmdarı var.