Erməni boksçular Azərbaycan və Türkiyədə keçiriləcək yarışlara qatılmayacaqlar

5 Aprel 2016 14:15 (UTC+04:00)

Ermənistan Boks Federasiyasının prezidenti, deputat Artur Qevorqyan təmas xəttində baş verənlərlə bağlı bəyanatla çıxış edib.Movqe.az verdiyi xəbərə görə, bu barədə Ermənistan Boks Federasiyasının rəsmi saytında məlumat verilib. Bəyanatda bildirilir: "Hazırkı hərbi vəziyyəti nəzərə alaraq, Ermənistan Boks Federasiyasının prezidenti kimi idmançılarımıza Türkiyə və Azərbaycanda keçiriləcək Olimpiya oyunlarının təsnifat mərhələlərində iştirak etməyə icazə vermirəm. Ən vacib məsələ Ermənistan vətəndaşlarının həyatının təhlükəsizliyidir. Əminəm ki, azarkeşlərimiz bizi anlayacaq. Sərbəst qrafik üzrə fəaliyyət göstərən idmançılarımız hərbi hissələrə qayıdıb, tam hərbi xidmət keçəçəklər ki, lazım olduğu təqdirdə döyüşə hazır olsunlar".(apa)