Avstraliyanın “Qantas” aviaşirkətinə məxsus təyyarə Sidneydə qəza enişi edib

5 Aprel 2016 22:30 (UTC+04:00)

Aprelin 5-də Avstraliyanın "Qantas" aviaşirkətinə məxsus "Airbus A380" sərnişin təyyarəsi Sidney aeroportunda qəza enişi edib. Bu barədə şirkətin nümayəndəsi məlumat verib.Melburn-Dubay reysi ilə uçan təyyarə şərqdən qərbə doğru Avstraliyanın ərazisinin təxminən yarısını keçdikdən sonra pilotlar mühərriklərin birində silkələnmə hiss ediblər. Bundan sonra təyyarənin geri qayıtması barədə qərar qəbul olunub.Laynerin Sidney aeroportuna enişi zamanı heç kim xəsarət almayıb. Təyyarənin göyərtəsində 410 sərnişin olduğu bildirilir. Şirkət onları qısa zaman ərzində ehtiyatda olan təyyarə ilə Dubaya göndərmək niyyətindədir.