MN: Minlərlə azərbaycanlı səfərbər olmaq üçün müraciət edib

5 Aprel 2016 18:10 (UTC+04:00)

"İşğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə bölmələrimizin son günlərdə keçirdiyi hərbi əməliyyatlarda iştirak etmək üçün Azərbaycanın minlərlə vətənpərvər oğul və qızı, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları müraciət ünvanlayaraq, Silahlı Qüvvələrə səfərbər olunmağa hazır olduqlarını bildirir".Bu barədə Movqe.az-a Müdafiə Nazirliyindən bildirilib. Məlumatda qeyd olunub ki, Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycanda, eyni zamanda respublikadan kənarda yaşayan vətənpərvər oğul və qızlarımızla qürur duyduğunu bildirir və əsgərlərimizə göstərilən mənəvi dəstəyə görə minnətdarlığını ifadə edir.