2024- cü ilə qədər hakimiyyətdə olacaq
3 Dekabr 2012 20:54 (UTC+04:00)
Movqe.az xəbər verir ki, mart ayında təşkil
edilən seçkiləri qazanaraq üçüncü dəfə prezident kürsüsünə əyləşən
Vladimir Putin Rus siyasətinin 12 illik mübahisə edilməz lideridir.
2000-ci ilin sonunda Prezident seçilərək Rusiyanı idarə etməyə
başlayan Putin, 2008-ci ildə konstitusiyaya uyğun olaraq təkrar
namizədliyini irəli sürə bilməyərək hakimiyətin idarə olunmasını
Kremldə Dmitri Medvedevə vermişdi. Toplaşmaq və nümayiş hüquqlarını
təşkil edən qanunlarda dəyişikliyə gedən Putin, ölkə xaricindən
maliyyə alan qeyri-hökumət təşkilatları və internetdə söz azadlığı
haqqında yeni qanuni tənzimləmələrlə müxalifətə zərbə endirmişdi.
Müxaliflərə qarşı mövqeyi beynəlxalq cəmiyyət tərəfindən müzakirə
olunsa da 2018-ci ildə təkrar seçilərək 2024-ə qədər Kremldə
qalmağı hədəfləyən Putin mütləq iqtidarını gücləndirməkdədir.