NATO-nun baş katibi Qarabağdakı atəşkəs haqda

6 Aprel 2016 10:40 (UTC+04:00)

NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağ münaqişəsi zonasında toqquşmaların dayandırılmasını müsbət qiymətləndirib və tərəfləri münaqişənin yenidən gərginləşməsinə yol verməməyə çağırıb.Movqe.az-ın məlumatına görə, bu barədə baş katibin bəyanatında bildirilir. "Mən tərəfləri atəşkəs haqqında sazişə hörmətlə yanaşmağa, təmkinlilik nümayiş etdirməyə və vəziyyətin yenidən gərginləşməsinə yol verməməyə çağırıram", — deyə məlumatda qeyd olunub. Stoltenberq bildirib ki, NATO ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir. "Tərəflər danışıqlar masasına dönməli və məsələnin tam həlli yollarını axtarmalıdırlar", — deyə NATO baş katibi əlavə edib.