Laçın dəhlizindən son görüntülər

6 Aprel 2016 11:30 (UTC+04:00)

BBC-in Cənubi Qafqaz üzrə müxbiri Rayhan Demitri Qarabağda atəşkəs pozulandan sonra Laçında olub. Movqe.az xəbər verir ki, o, Laçın dəhlizindən videoreportaj hazırlayıb. Reportajda bildirir: "Mən bir strateji yolu sizə göstərmək istəyirəm. Onun uzunluğu 10 km-dən azdır. Bu Ermənistanla Dağlıq Qarabağı birləşdirən yeganə yoldur.

Beynəlxalq aləmdə bu ərazilər Azərbaycanın tərkib hissəsi kimi tanınır. Azərbaycan, Dağlıq Qarabağa bitişik işğal edilmiş 7 rayon haqda danışarkən onlar Laçını da nəzərdə tutur".