Ermənistan XİN rəhbəri Moskvaya səfər edəcək

6 Aprel 2016 12:30 (UTC+04:00)

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan aprelin 8-də Moskvaya səfər edəcək.

Movqe.az-ın "riafan.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

E. Nalbandyan Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

E. Nalbandyanın həmin gün MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcəyi də gözlənilir.