Ötən ay ərzində 701 partlamamış hərbi sursat, 3 mina aşkar edilərək zərərsizləşdirilib

6 Aprel 2016 12:50 (UTC+04:00)

Bu ilin mart ayı ərzində 1 762 402 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

ANAMA-dan movqe.az-a verilən məlumata görə, 701 ədəd PHS, 2 ədəd tank və 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 507 nəfər əməliyyat heyəti və 126 nəfər inzibati heyət, həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 39 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 320,443,366 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 716,307-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağstafa, Füzuli, Gəncə, Gədəbəy, Goranboy, Qazax, Tərtər, Tovuz, Samux və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirilir.

2016-cı ilin mart ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.