ABŞ səfirliyi Qarabağdakı vəziyyət haqda

6 Aprel 2016 13:10 (UTC+04:00)

"Amerika Birləşmiş Ştatları atəşkəsin təsdiqini alqışlayır və tərəfləri ona sadiq qalmağa çağırır".Movqe.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin facebook səhifəsində bildirilib.

Qeyd olunub ki, Minsk Qrupunun və ATƏT-in Almaniya sədrliyinin dəstəyi ilə, Minsk Qrupunun həmsədrləri tərəfləri ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə hərtərəfli həll üçün dərhal danışıqlara başlamağa dəvət etmək məqsədilə regiona səfər ediblər.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq, Amerika Birləşmiş Ştatları davamlı sülhə nail olmaq üçün tərəflərlə işləmək öhdəliyinə sadiqdir.