“28 Mall”a bomba qoyması xəbərini yayan şəxs tutuldu

6 Aprel 2016 13:50 (UTC+04:00)

"28 Mall" ticarət mərkəzinə bomba qoyması barədə yalan məlumat verən şəxs tutulub.Movqe.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mi saytı məlumat yayıb. Belə ki, Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Azadlıq prospektində yerləşən "28 Mall" ticarət mərkəzindəki "Bazarstore" mağazasına bomba qoyması barədə məlumat verən Ağdaş rayon sakini, 33 yaşlı Rəvan Fətəliyev tutulub. Faktla əlaqədar cinayət işi başlanıb.