Təcili: Atəşkəsi Moskvada Nəcməddin Sadıqovla Yuri Xaçaturov razılaşdırıb

6 Aprel 2016 14:00 (UTC+04:00)

Azərbaycan və Ermənistan arasında Qarabağda hərbi əməliyyatların dayandrılmasına dair razılaşma silahlı qüvvələrin Baş qərargah rəisləri arasında aprelin 5-də Moskvada keçirilmiş danışıqlarda əldə olunub. Virtualaz.org xəbər verir ki, bu bəyanatla Ermənistan müdafiə naziri Seyran Ohanyan hökumətin az əvvəl başlayan iclasında bildirib.

Ohanyan deyib ki, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin Baş qərargah rəisləri aprelin 5-də Moskvada Rusiya tərəfinin vasitəçiliyi ilə görüşüblər.

Xəbər verildiyi kimi hərbi əməliyyatların dayandırılmasına dair razılaşma dünən saat 12-dən qüvvəyə minib. Bu razılaşma barədə ilk dəfə erməni tərəfi, Qarabağdakı rejimin "müdafiə nazirliyi" məlumat yayıb. Razılaşmanın detalları hələlik açıqlanmır.