“BakuBus”dan hərbçilərə jest: “Gediş haqqı alınmayacaq”

6 Aprel 2016 16:10 (UTC+04:00)

Bü gündən etibarən hərbçilər "BakuBus"a məxsus avtobuslardan pulsuz istifadə edəcəklər. Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, "Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən müddətli həqiqi hərbi xidmət qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edə bilərlər. 

"BakuBus" olaraq bu hüququnuzu tanımayan sürücülərlə bağlı *4242 Çağrı Mərkəzimizə məlumat verməyinizi xahiş edirik", - deyə məlumatda bildirilir.