Müdafiə Nazirliyi: ermənilər Tapqaraqoyunlunu minomyotlardan vurur, biz hələ susuruq

6 Aprel 2016 17:00 (UTC+04:00)

Azərbaycan Müdafiə Nazirliyi az əvvəl Ermənistan ordusunun təmas xəttində hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanı pozduğunu bəyan edib. Nazirlik bildirir: "Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılaşmaya baxmayaraq Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır. Məlumata əsasən, hazırda Goranboy rayonunun Tapqaraqoyunlu yaşayış məntəqəsi yaxınlığındakı mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan intensiv olaraq atəşə tutulur. Azərbaycan tərəfi razılaşmaya əməl edərək hələ ki, cavab atəşi açmır".