Şəhidlər Xiyabanında aksiya keçirildi

6 Aprel 2016 17:10 (UTC+04:00)

Bu gün minlərlə gəncin iştirakı ilə Şəhidlər Xiyabanında bir neçə gün əvvəl cəbhədə şəhid olan əsgərlərin xatirəsinə həsr olunmuş aksiya keçirilib. Əksəriyyəti tələbə olan gənclər müxtəlif vətənpərvər şüarlar səsləndirərək Şəhidlər Xiyabanına doğru yürüş edib. Azərbaycanın dövlət himni səslədnirildikdən sonra aksiyanın buradakı hissəsi başa çatıb. Hazırda Gənclər Şəhidlər Xiyabanından Mudafiə Nazirliyinin qarşısına doğru yürüş edirlər