İlham Əliyev Almaniyaya gedəcək

6 Aprel 2016 17:20 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev cari ilin iyun ayında Almaniyaya səfər edəcək. AzVision.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel Ermənistan prezidenti Serj Sarkisyanla keçirdiyi mətbuat konfransında bildirib. "Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya səfəri planlaşdırılıb. Səfər vaxtı artıq razılaşdırılıb. Biz onun nöqteyi-nəzərindən problemləri müzakirə edə bilərik".