`ABŞ Qarabağda zorakılığı qınayır` – Sekuta

6 Aprel 2016 17:30 (UTC+04:00)

ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında zorakılığı qınayır.Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. "Qarabağa, işğal edilmiş ərazilərə gəlincə hamınız bilirsiniz ki, ABŞ orada olan zorakılığı qınayır. Biz ölənlərə görə dərin başsağlığımızı bildirdik", - deyə Sekuta qeyd edib. ABŞ səfrinin sözlərinə görə, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarıının bundan sonra axtarışı üçün mexanizm olan ATƏT-in Minsk qrupunun cəlb edilməsinin vacibliyini bildirib.