Rusiya XİN təmsilçisi: "Tehranla Moskva arasında "S-400" kompleksi üzrə danışıqlar aparılmır"

6 Aprel 2016 18:50 (UTC+04:00)

"İrana Rusiya istehsalı olan "S-400" zenit raket quruğusunun satılması istiqamətində Moskva ilə Tehran arasında danışıqlar aparılmır".

Movqe.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in İkinci Asiya İdarəsinin direktoru Zamir Kabulov bildirib.

Qeyd edək ki, bir müddət öncə Z.Kabulov yaxın günlərdə Moskvanın Tehrana "S-300" zenit-raket qurğusunu tədarük edəcəyini də demişdi. O, İranın "S-400" kompleksinə də maraq göstərdiyini vurğulamışdı.