Azərbaycan və Qazaxıstan prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti müzakirə ediblər

7 Aprel 2016 09:15 (UTC+04:00)

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.


Movqe.az-ın Prezidentin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, telefon söhbəti zamanı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələr və atəşkəs razılaşmasının əldə olunmasından sonrakı vəziyyət müzakirə edilib, münaqişənin beynəlxalq hüququn normaları əsasında ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.


Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.