`Azərbaycan daha müasir silahlara malikdir` - Sarkisyan

6 Aprel 2016 22:00 (UTC+04:00)

Bu gün Azərbaycan daha müasir silah növlərinə malikdir. Ermənistan isə 1980-ci ilin silahları ilə döyüşür. Movqe.az xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan Almaniyaya səfəri zamanı bildirib. Erməni prezident çıxışı zamanı Rusiyanın Azərbaycana silah satmasından narahat olduğunu gizlətməyib.