Səhər saatlarında Bakıda sex yanıb

7 Aprel 2016 09:55 (UTC+04:00)

Səhər saatlarında Bakıda yanğın faktı qeydə alınıb. Yanğın sexdə baş verib. Fövqəladə Hallar Nazirliyindən Movqe.az  verilən məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 600 kv.m olan rubiroid sexində elektrik sobasının kabeli 5 p.m sahədə yanıb. Sexin qalan hissəsi və sobanın üzərində həcmi 5 ton olan qır çəlləyi yanğından mühafizə olunub.Yanğın 07:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.